Qeyd edək ki, sentyabr ayında Şimali Koreya lideri Kim Çen In ölkənin “məxfi silah” hazırladığını açıqlamışdı.
Onda Cənubi Koreyalı ekspertlər Pxenyanın “məxfi silahı”nın “Hwasong-20” və ya onun modifikasiyası, həmçinin çoxsaylı döyüş başlıqlarına malik qitələrarası ballistik raketlər, hipersəs raketləri və nüvə sualtı qayıqları ola biləcəyi ehtimallarını irəli sürdülər.
|
| Şimali Koreya raketləri ABŞ-yə də çatacaq? |
Paradda yeni nəsil hücum silahları sistemləri və digər silah növləri də nümayiş etdirilib.
Xatırladaq ki, bir müddət əvvəl Cənubi Koreyanını prezidenti Li Çje Men Pxenyanın qitələrarası ballistik raketin (QBR) yaradılmasının son mərhələsində olduğunu söyləmişdi.
Bundan əlavə, elə həmin vaxt Cənubi Koreyanın Birləşmə naziri Çon Don Yon keçirdiyi mətbuat konfransında Şimali Koreyanın 2 tona qədər yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarına malik olduğunu iddia edib.
— Newsfeed (@Newsfeed883920) October 11, 2025
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


